Logo

İlahiyyat İnstitutunun fərqlənən tələbələrinə Şeyxülislam təqaüdü ayrılıb


"Təqdirəlayiq haldır ki, Azərbaycan dövləti dini-mənəvi dəyərlərə diqqəti ilbəil artırır. Bu sahədə görülən tədbirlər ardıcıllığı, təkmilliyi ilə seçilir. Dini maarifçilik sahəsində İlahiyyat İnstitutunun yaradılması mühüm hadisə oldu".

Bunu APA-ya müsahibəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.

O bildirib ki, institutun tələbələrindən fərqlənənlərə tərəfindən Şeyxülislam təqaüdü ayrılıb.

"Bizi sevindirən mühüm qərarlardan biri dini kolleclərin - mədrəsələrin  fəaliyyətə başlaması ilə bağlı sərəncamdır. Bakıda və bölgələrdə 8 dini kollecin fəaliyyətə başlaması İslam dininin əsaslarının öyrənilməsi işinə dəyərli töhfədir. Artıq həmin mədrəsələrin maddi-texniki bazasının yaradılması üzərində iş gedir və ilkin mərhələdə Bakı, Lənkəran, Gəncə, Quba-Xaçmazda 5 mədrəsənin açılması gündəmdədir. İslam dini ilə bağlı tədrisdə, məsələn dini ayinlərin icrası ilə bağlı elə məsələlər var ki, onlar məhz mədrəsələrdə tədris olunmalıdır və İlahiyyat İnstitutunun proqramına daxil deyil. 

İnşallah, bu görülən işlər yaxın illərdə dini sahədə istər İlahiyyat İnstitutunun, istər dini kolleclərin məzunları öz potensiallarını nümayiş etdirəcəklər. Bunlar, dini-mənəvi dəyərlərinə sahib çıxan dövlətimiz üçün, dinimiz üçün dəyərli kadrların mövcudluğu baxımından mühüm hadisələrdir. Dini təhsillə bağlı təkliflərimizin nəzərə alınması dini mərkəz olaraq bizi qane edir. İstər dərs proqramlarının hazırlanması, istər dərslik, dərs vəsaitlərinin hazırlanmasında yaxından iştirak edirik. Qanunverici səviyyədə dəyişikliklər, yeniliklər gündəmə gələndə QMİ öz təklif və tövsiyələri ilə çıxış edir. Bu əməkdaşlıq öz müsbət nəticələrini verir", - deyə QMİ sədri bildirib.

Müsahibə,
21.08.2019 12:04 103
Teqlər: İqtisadiyyat, müsahibə, qafqaz, müsəlmanlar, idarə, şeyx, sədr, Hacı Allahşükür Paşazadə, təqaüd, institut, tələbə, fərqlənən,