Logo

Kino xadimlərinə fəxri adlar və fərdi təqaüdlər verildi - SƏRƏNCAM


Prezident İlham Əliyev Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

İqtisadiyyat.Az-ın xəbərinə görə, sərəncama əsasən, Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı kino xadimlərinə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Xalq artisti”

Əliyev Vidadi Hüseyn oğlu
Həsənov Vidadi İsmail oğlu
Quliyeva Xalidə Camal qızı

“Əməkdar incəsənət xadimi”

Azay Adil Çərkəz oğlu

“Əməkdar artist”

Əlilicanzadə Qorxmaz Məmməd oğlu
Namazov Zilli Yunus oğlu

“Əməkdar mədəniyyət işçisi”

Ağayev Nəsir İsmayıl oğlu
Dadaşova Nelli Hacı qızı
Hüseynov Nazim Fikrət oğlu
Quliyev Babək Barat oğlu
Mahmudova Zəkiyyə Güləmi qızı
Məmmədov Əli Bala Ənvər oğlu
Muxtarova Tamilla Muxtar qızı.

***

Həmçinin Prezident İlham Əliyev Azərbaycanın kino xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında da Sərəncam imzalayıb.

Sərəncama əsasən  Azərbaycan kino sənəti sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir:

Babayeva Zemfira Baba qızı

Sadıxova Zemfira Emin qızı.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Sənədlər,
31.07.2019 17:02 122
Teqlər: verilmə, fəxri ad, xadim, kino, imzalama, sərəncam, prezident, sənədlər, İqtisadiyyat, artist, xalq, əməkdar,