Logo

SOCAR-ın dövlət büdcəsinə ödənişləri 3%-ə yaxın artaraq 741 mln. manat təşkil edib


Bu ilin yanvar-iyun ayları ərzində SOCAR tərəfindən dövlət büdcəsinə 741,326 mln. manat ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7% və ya 19,705 mln. manat çoxdur.

SOCAR-dan verilən məlumata görə, şirkət ötən onillikdə biznes portfelini əhəmiyyətli dərəcədə şaxələndirərək yeni biznes sahələrinə və yeni ölkələrə sərmayələr yatırıb, qlobal bazarları kəşf etməyə başlayıb. Nəticədə bu gün dünya üzrə aparıcı enerji şirkətlərindən birinə və Azərbaycanın qlobal brendinə çevrilib.

"Bu gün artıq SOCAR qlobal enerji layihələrində dəyər zənciri üzrə bütün mərhələlərə investisiya qoyur, şaquli inteqrasiya strategiyası ilə gəlirlərini optimallaşdırır və ölkə iqtisadiyyatına əlavə dəyər qazandırır", - deyə SOCAR-dan bildirilib.

Qeyd edək ki, SOCAR 2018-ci ildə əldə etdiyi gəlirlərin 94%-ni xarici bazarlardan qazanıb. Halbuki 2009-cu ildə SOCAR öz gəlirlərinin yalnız 34%-ni xarici bazarlardan təmin edib.

Vergi,
31.07.2019 12:39 99
Teqlər: İqtisadiyyat, vergi, ödəniş, SOCAR, dövlət, büdcə, şirkət, neft, qaz, sektor,