Logo

Aksiz vergisi 80 dəfə azaldılıb


Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.

İqtisadiyyat.Az-ın məlumatına görə, dəyişiklik emalın spesifik prosesləri üçün yüngül distilyatlar və məhsullarla əlaqədardır.

Qüvvədə olan qərara əsasən, Azərbaycana idxal edilən yüngül distilyatlar və məhsulların 1 tonu üçün 80 manat aksiz vergisi alınır. Dəyişikliyə əsasən, aksiz dərəcəsi 1 ton üçün 1 manata endirilib.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra- avqustun 28-də qüvvəyə minəcək.

Vergi,
28.07.2019 12:38 125
Teqlər: İqtisadiyyat, vergi, aksiz, azalma, rüsum, gömrük, komitə, məhsul, ərzaq,