Logo

Azərbaycanlılar indi də Batumidən ev alırlar - ARAŞDIRMA


Batumidə əcnəbilərin aldığı mənzillərin 0,4%-i Azərbaycan vətəndaşlarının payına düşüb. Son illər Gürcüstanın Batumi şəhərində yaşayış evi alan xarici vətəndaşların payının artması tendensiyası müşahidə olunur.

İqtisadiyyat.az “Report”un Gürcüstan bürosuna istinadən xəbər verir ki, bu barədə TBC Bankın “TBC Capital” konsultativ bölməsinin hazırladığı araşdırmada bildirilib.

2018-ci ildə Batumidə alınan yaşayış evlərinin 36%-i əcnəbilərin payına düşüb. 2015-ci ildə bu göstərici 14%, 2016-cı ildə 28%, 2017-ci ildə isə 33% təşkil edib.

Ötən il Batumidə satılan yaşayış yerlərinin 76%-ni yeni mənzillər təşkil edib.

Bu ilin əvvəlindən isə xarici ölkə vətəndaşlarının yaşayış sahəsi bazarındakı payı 31%-ə bərabər olub. Satış bazarında Ukrayna və Rusiya vətəndaşları əsas oyunçulardır. Ukraynalıların bazardakı payı 8,4%, rusiyalıların payı isə 8,2% təşkil edib. İsrail (2,4%), Avropa İttifaqı (2,3%) və Türkiyə vətəndaşları (1,5%) da bu bazarda əhəmiyyətli paya malikdirlər.

2019-cu ilin əvvəlindən Azərbaycan vətəndaşları Batuminin mənzil bazarında passivliyi ilə seçilir. Acarıstan paytaxtında əcnəbilərin aldığı yaşayış yerlərinin yalnız 0,4%-i Azərbaycan vətəndaşlarının payına düşüb. Xarici vətəndaşlar arasında bu ən aşağı göstəricidir. Ermənistan vətəndaşlarının payı 1%, İran vətəndaşlarının payı isə 0,9% təşkil edir. 

Əmlak,
21.07.2019 11:54 122
Teqlər: