Logo

İqtisadiyyat Nazirliyinin kollegiya üzvlərinin yeni sayı müəyyənləşdirilib


Nazirlər Kabineti “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının tərkibi haqqında” 2014-cü il 23 may tarixli qərarda dəyişiklik edib.

Bununla bağlı qərarı Novruz Məmmədov imzalayıb. 

Qərara əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib. Kollegiyanın sədri Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev təyin edilib.

Kollegiyanın üzvləri iqtisadiyyat nazirinin müavinləri, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri, İqtisadiyyat Nazirliyi Aparatının rəhbəri, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin icraçı direktoru təyin ediliblər.

Vergi,
21.07.2019 11:49 104
Teqlər: