Logo

Gürcüstan Azərbaycan qazını yeraltı anbarda saxlayacaq


Gürcüstanda əsasən Azərbaycanın “Şahdəniz” yatağından tədarük olunan qazın saxlanılması üçün nəzərdə tutulan yeraltı anbarın tikintisi ilə bağlı layihə hazırlanıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Neft və Qaz Agentliyi məlumat yayıb.

Layihəyə əsasən, anbarda saxlanılan qazdan istifadə "mavi yanacağ"a olan tələbat və ya qiymətin artacağı hallarda nəzərdə tutulub.

Yeraltı qaz anbarını magistral qaz kəməri ilə birləşdirilməsi üçün 8kilometr uzunluqda olan qaz borusunun tikintisi planlaşdırılır. Bununla yanaşı, obyektin elektrik enerjisi şəbəkəsi ilə birləşdirilməsi üçün 110 kilovatt gücə malik hava elektrik ötürücü xətti də çəkiləcək. Bu infrastruktur Qardabani rayonunun ərazisində yerləşəcək.

Layihənin avqustun 6-da Qardabani bələdiyyəsində ictimai müzakirəsi təşkil olunacaq.

Qeyd edək ki, qonşu ölkədə yeraltı qaz anbarın tikintisinin 2018-ci ilin birinci yarısında başlanılması və 2020-ci ilə qədər başa çatdırılması nəzərdə tutulmuşdu. Layihənin ümumi dəyəri təxminən 300 mln. dollar təşkil edir. Anbarın Tbilisinin Samqori rayonunda tikilməsi planlaşdırılır. Qaz anbarında 300 mln. kubmetrədək qaz saxlamaq mümkün olacaq ki, bu da Gürcüstanın illik qaz istehlakının təxminən 15%-ni təşkil edir.

Sənaye,
19.07.2019 17:54 103
Teqlər: İqtisadiyyat, sənaye, qaz, təbii, Gürcüstan, Azərbaycan, yeraltı, anbar, ehtiyat,