Logo

Azərbaycanın bu il ən çox ticarət mübadiləsi apardığı ölkələrin reytinqi - TOP-10


Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan əsas on ticarət tərəfdaşı ilə ümumi dəyəri 12 mlrd. ABŞ dollarına yaxın idxal-ixrac əməliyyatları həyata keçirib.

Apa-nın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın ən çox İtaliya ilə (2,98 mlrd. dollar) ticarət mübadiləsi aparıb. Siyahıda növbəti yerləri ardıcıl olaraq Türkiyə, Rusiya, Çin və İsveçrə tutub.

Qeyd edək ki, hesabat dövründə Azərbaycan 170-dən çox ölkə ilə 17 mlrd. dollara yaxın ticarət mübadiləsi həyata keçirib.

Bu ilin yanvar-iyun aylarında Azərbaycanla ən çox ticarət mübadiləsi aparan ölkələrin reytinqi:

#

Ölkə

Ticarət dövriyyəsinin həcmi, min dollar

Ümumi dövriyyəyə nisbətən, %

1

İtaliya

2 984 357,91

17,56

2

Türkiyə

1 911 214,40

11,25

3

Rusiya

1 381 524,37

8,13

4

Çin

1 277 079,85

7,51

5

İsveçrə

1 082 570,93

6,37

6

Almaniya

899 633,18

5,29

7

Hindistan

690 308,08

4,06

8

İsrail

577 387,12

3,40

9

İspaniya

459 727,42

2,71

10

ABŞ

420 887,98

2,48

Biznes,
19.07.2019 15:45 109
Teqlər: İqtisadiyyat, biznes, dövlət, gömrük, komitə, hesabat, açıqlama, ticarət, dövriyyə, Azərbaycan, ölkələr,