Azərbaycandakı külək elektrik stansiyaları istehsalı kəskin artırdı
Azərbaycanda bu ilin birinci yarısında Azərbaycanda küləklə işləyən stansiyalar 57,7 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 dəfə çoxdur.
Dövlət Statistika Komitəsinə verdiyi məlumata görə, yanvar-iyun aylarında günəş enerjisi ilə işləyən stansiyaların tərəfindən isə 21,1 mln. kVt-saat elektrik enerjisi istehsal edilib (9,3%-lik artım).
Qeyd edək ki, Azərbaycanda bu ilin birinci yarısında 12 mlrd. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 5,6% çoxdur.(apa)
Sənaye,
17.07.2019 17:30
100
Teqlər:
İqtisadiyyat, sənaye, elektrik, enerji, külək, stansiya, artım,