Logo

Türkiyədə dilənçidən 3 min lirə, 5 min dollar götürüldü


Türkiyənin Adana şəhərində polis əməkdaşları dilənçinin üzərinə baxış zamanı 3 min 800 türk lirəsi, 5 min 500 dollar və 31 min Suriya lirəsi aşkarlayıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, məsələ bölgənin müxtəlif istiqamətləri üzrə dilənçilərin nəzarətə götürülməsindən sonra məlum olub. Atatürk küçəsində dilənçiliklə məşğul olan A.E.Ş adlı  52 yaşlı kişi yoxlanış məqsədi ilə polis idarəsinə gətirilib. Elə yoxlanış zamanı da dilənçinin  külli miqdarda  pulunun olduğu üzə çıxıb.

A.E.Ş adlı həmin dilənçi  153 türk lirəsi cərimə ödəyərək sərbəst  buraxılıb.

Dünya,
17.07.2019 17:14 104
Teqlər: İqtisadiyyat, dünya, türkiyə, dilənçi, pul, lirə, dollar, avro,