Logo

Xarici bankın manatla istiqraz emissiyasının parametrləri açıqlanıb


Qara Dəniz Ticarət və İnkişaf Bankının Azərbaycan manatı ilə emissiya etdiyi istiqrazlar 730 gün müddətində dövriyyədə olacaq.

“Report” bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.

Məlumata görə, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 10 min ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqrazdan gedir. Onların illik gəlirliliyi 9,25% olacaq. Faiz ödənişləri 3 aydan bir həyata keçiriləcək.

Maliyyə,
17.07.2019 16:54 95
Teqlər: İqtisadiyyat, maliyyə, bank, manat, istiqraz, parametr, açıqlama,