Logo

“Azəriqaz” 693 ədəd sayğaca baxış keçirib


“Azəriqaz” İB-nin Metrologiya Departamentinin sayğacların ekspertizası şöbəsində 693 ədəd sayğaca baxış keçirilib.

“Report”un “Azəriqaz” İstehsalat Birliyinə istinadən verdiyi xəbərə görə, 260 ədəd sayğacın birbaşa aşkar edilmiş vizual qüsura əsasən rəyləri verilib. 399 ədəd sayğac sınaq qurğusunda yoxlanılıb, həmçinin 645 ədəd Smart-kart tipli, 152 ədəd mexaniki tipli qaz sayğacları yoxlamaya qəbul olunub. 146 ədəd Smart-kart tipli qaz sayğacı Regional Qaz İstismarı İdarələrinə təhvil verilib.

Sosium,
17.07.2019 16:02 85
Teqlər: İqtisadiyyat, sosium, Azəriqaz, sayğac, baxış, əhali,