Logo

Nazir müavini soğanın qiymətinin yüksək olmasına münasibət bildirib


Yaxın zamanda "Azərbaycan Soğan İstehsalçıları və İstehlakçıları Assosiasiyası" İctimai Birliyi yaradılacaq.

İqtisadiyyat.Az-ın apa-ya istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

Onun sözlərinə görə, bu yaxınlarda kartof və soğanla bağlı ölkə tərəfindən müəyyən rıçaqlar tətbiq olundu. Hər hansı zərurət yarandıqda dövlət tərəfindən daxili bazarı tənzimlənməsi ilə bağlı tədbirlər həyata keçiriləcək.

Nazir müavini hazırda soğanın bazar qiymətinin yüksək olmadığını bildirib və əlavə edib ki, hazırkı qiymət soğanın yetişdirilməsi xərclərini əks etdirir.

Qeyd edək ki, yayın əvvəlində havaların isti keçməsi bölgələrdəki sahələrdən soğanın yığımına mənfi təsir edib. Bu səbəbdən pərakəndə ticarət obyektlərində soğanın qiymətində artım müşahidə olunub. Hazırda isə soğanın kütləvi yığımına başlanıb. Fermerlər yaxın günlərdə qiymətlərin aşağı düşməsini proqnozlaşdırırlar. Belə ki, bazarda təklifin artması soğanın pərakəndə satış qiymətinə də təsir edəcək.

Aqrar,
11.07.2019 17:51 91
Teqlər: İqtisadiyyat, aqrar, soğan, qiymət, baha, nazir, müavin, açıqlama,