Logo

“Bakı Metropoliteni” 262 min manatlıq mebel alır


Bakı Metropoliteni” QSC mebel alınması ilə bağlı iyunun 24-də elan etdiyi tenderin qalibini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə qurum dövlət qəzetinə verdiyi elanda qeyd edib.

Vurğulanır ki, mebel və mebel aksesuarlarının alınması ilə bağlı tenderin qalibi "Qardaşlar Mebel-3" MMC olub. Belə ki, şirkətlər arasında 261 min 794 manatlıq mebel və aksesuarlarının alınması ilə bağlı müqavilə imzalanıb.

Tender,
04.07.2019 10:36 172
Teqlər: İqtisadiyyat, tender, metropoliteni, metro, Bakı, mebel, min, manat, elan, açıqlama,