Logo

2023-cü ildə ilk uçan taksini görəcəksiniz


Dünyanın bir çox şəhərlərində yol tıxacları artarkən, səmanın bu problemi konkret həll edə biləcəyini göstərmək üçün araşdırmalar aparılır. Bunlardan “Boston Consaltinq” qrupunun irəli sürdüyü sənəddə, səmada çoxlu sayda marşrut xətlərinin olmasından əlavə, 2030-cu ildə dünyanın 4 bir tərəfində 1 milyard insanın hava taksilərindən istifadə edəcəyi qeyd olunub. İqtisadiyyat.Az xarici mediaya istinadla bildirir ki, bu hava taksilərinin böyük bir qisminin isə sürücü olmadan işləyəcəyi deyilir.

Şəhərlərdə elektrikli hava taksilərinin istifadə olunacağı uçuş bazarının, qarşıdakı illərdə daha da inkişaf edəcəyi bildirilir. Bu xüsusda Dubay, Los-Anceles, Dallas və Sinqapur kimi şəhərlərdə 2020-ci ildə sınaq uçuşları planlaşdırılır. 2023-cü ildə isə hava nəqliyyat vasitələrindən ticari əlaqələrdə də istifadə olunacağı gözlənilir.

İlkin mərhələdə uçuşlar pilotlar tərəfindən nəzarət ediləcək olsa da, “yüngül hava təyyarələri” yerdəki personal tərəfindən idarə edilərək 2025-ci ildən etibarən evlərin damında avtonom olaraq uçuşa başlayacaq. Yaxın gələcəkdə 3 min uçan taksinin fəaliyyət göstərməsi gözlənilsə də, bu rəqəmin 2030-cu ildə 12 minə, 2050-ci ildə isə 100 minə çatacağı ifadə edilir.

Digər tərəfdən qlobal taksi bazarının ABŞ və Cənub-Şərqi Çindən keçərək, Almaniyanın böyük və orta ölçülü şəhərlərinə də çxaraq 2040-cı il etibarı ilə 1.35 trilyon avroya çatacağı proqnozlaşdırılır.

Sözügedən sahədə işlər aparan Bosch, uçuşları təhlükəsiz etmək üçün bir sıra sensorlar yaratdığını açıqlayıb.

Bosch Avtomotik Elektronları Şöbəsinin müdiri Harald Kröger, “İlk uçan taksilər, ən geci 2023-cü ildə uçmağa başlayacaq. Gələcəyin bazarında önəmli bir rola sahib olmağı planlayırıq” deyib.

Araşdırmalar uçan taksilərin vertolyotlara nisbətən daha ucuz başa gəlməsini açıqlayıblar. Günümüzün sensor texnologiyası ilə ərsəyə gələn uçan taksilərin 500 min avroya başa gələcəyi bildirilir.

Avto,
12.06.2019 17:08 108
Teqlər: İqtisadiyyat, avto, taksi, uçan, texnologiya, şirkət, dünya, avtomobil, sensor, proqnoz, açıqlama,