Logo

“Royal Bank”ın təminatsız kreditorlarına növbəti ödəniş olacaq


Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “Royal Bank” ASC-nin kreditorlarına müraciət edib.

“Report”un məlumatına görə, müraciətdə bildirilir ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorlara iyunun 18-dən növbəti ödənişin həyata keçirilməsinə başlanılacaq.

Ödəniş nağdsız qaydada olacaq. Kreditorlar ADIF-in Bakı şəhəri, Xətao rayonu, Babək prospekti, 16 ünvanında yerləşən inzibati binasına müvafiq sənədlərlə müraciət edərək bank rekvizitlərini qeyd etməlidirlər. 

Bank,
12.06.2019 11:10 119
Teqlər: İqtisadiyyat, bank, Royal bank, kreditor, əmanət. sığortalanma, fondu, müraciət, ləğvedici,