Logo

Bərdədə "təcili yardım"ın qadın həkimləri döyülüblər - FOTO


Bərdə rayonunda Təcili Tibbi Yardım Stansiyasının çağırışa çıxan həkimləri və "təcili yardım" avtomobilinin sürücüsü döyülüb.

"Report" un Qarabağ mərkəzi xəbər verir ki, hadisə rayonun Qaradəmirçi kəndində baş verib.

Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Adil Cəlali "Report"un yerli bürosuna bildirib ki, bu gün səhər saatlarında stansiyanın həkimləri Rəfiqə Abdullayeva, Təranə Qasımova və "təcili yardım" avtomobilinin sürücüsü Zaur İbrahimov çağırış yerinə çatan kimi döyülüblər: "Ünvana çatan həkim briqadasına şəxsiyyəti məlum olmayan şəxs taxta parçası ilə hücum edib. Hadisə zamanı hər iki qadın həkim və sürücü xəsarət alıblar. 

Bundan başqa, "təcili yardım" avtomobilinin şüşələri qırılaraq yararsız hala salınıb".

Hadisə ilə bağlı Bərdə Rayon Polis Şöbəsinə məlumat verilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Sağlamlıq,
12.06.2019 11:05 102
Teqlər: İqtisadiyyat, sağlamlıq, hadisə, Bərdə, rayon, təcili, tibbi, yardım, həkim, əməkdaş,