Logo

Əməkhaqqı 1872 manat olan VAKANSİYA


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin pilot olaraq tabeliyinə verilmiş “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs müvafiq maliyyə müdiri üzrə vakant yer elan edir.

Agentlikdən Trend-ə verilən məlumata görə, maraqlanan namizədlər CV-lərini 22 iyun tarixinədək hr@its.gov.az e-mail ünvanına göndərə bilərlər.

Namizəd ali təhsilli (İqtisadiyyat, maliyyə, maliyyə və kredit), maliyyə və mühasibat sahələrində 5 ildən az olmayan əmək stajı, minimum 2 il baş mühasib sahəsində əmək stajı olmalı, vergi, əmək və mülki məcəllələri və qüvvədə olan normativ-hüquqi aktları əla bilməlidir. Əməkhaqqı (vergi və digər tutulmalar daxil) 1872 manatdır.

Vakansiya,
11.06.2019 10:15 207
Teqlər: İqtisadiyyat, vakansiya, müdir, maliyyə cv, agentlik,