Logo

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 22 vəzifə üzrə işçi axtarır


Ekologiya və Təbii Sərvətlər Nazirliyi vakant vəzifələrin tutulması üçün daxili müsahibə elan edib.

İnterAz-ın xəbərinə görə, aşağıdakı vəzifələr daxili müsahibəyə çıxarılıb:

- Beynəlxalq əməkdaşlıq şöbəsi, Beynəlxalq təşkilatlar və layihələr sektoru, sektor müdiri;

- Beynəlxalq əməkdaşlıq şöbəsi, Beynəlxalq təşkilatlar və layihələr sektoru, aparıcı məsləhətçi;

- Beynəlxalq əməkdaşlıq şöbəsi, Beynəlxalq müqavilələr və konvensiyalarla iş sektoru, sektor müdiri;

- Ətraf mühitin və təbii sərvətlərin tənzimlənməsi şöbəsi, şöbə müdiri;

- Ətraf mühitin və təbii sərvətlərin tənzimlənməsi şöbəsi, Layihələrin koordinasiyası sektoru, məsləhətçi;

- İnsan resurslarının idarə edilməsi şöbəsi, Karyera planlama, təlim və inkişaf sektoru, sektor müdiri;

- İnsan resurslarının idarə edilməsi şöbəsi, Karyera planlama, təlim və inkişaf sektoru, aparıcı məsləhətçi;

- İnsan resurslarının idarə edilməsi şöbəsi, Karyera planlama, təlim və inkişaf sektoru, məsləhətçi;

- İnsan resurslarının idarə edilməsi şöbəsi, Elektron xidmətlər və informasiya texnologiyaları sektoru, sektor müdiri;

- İnsan resurslarının idarə edilməsi şöbəsi, Elektron xidmətlər və informasiya texnologiyaları sektoru, aparıcı məsləhətçi;

- Hüquq məsələləri şöbəsi, Qanunvericilik və hüquq ekspertizası sektoru, məsləhətçi;

- Ümumi şöbə, Sənədlərlə iş sektoru, məsləhətçi;

- Audit şöbəsi, Maliyyə və təsərrüfat fəaliyyətinin təhlili sektoru, sektor müdiri;

- Audit şöbəsi, Maliyyə və təsərrüfat fəaliyyətinin təhlili sektoru, baş məsləhətçi;

- Audit şöbəsi, Maliyyə və təsərrüfat fəaliyyətinin təhlili sektoru, aparıcı məsləhətçi;

- Audit şöbəsi, Daxili nəzarət sektoru, sektor müdiri;

- Audit şöbəsi, Daxili nəzarət sektoru, baş məsləhətçi;

- Xüsusi şöbə, şöbə müdiri;

- Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsi, Mətbuatla iş sektoru, aparıcı məsləhətçi;

- Texniki təminat və təsərrüfat işlərinin təşkili şöbəsi, şöbə müdiri;

- Texniki təminat və təsərrüfat işlərinin təşkili şöbəsi, Təmir-tikinti sektoru, baş məsləhətçi;

- 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Mühasibatlıq sektoru, sektor müdiri-baş mühasib.

Müsahibədə ETSN-də inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilərlər.

Müsahibədə iştirak üçün ərizələrin qəbulu iyunun 10-dək aparılacaq. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00-dan 18:00-dək), yaxud poçt vasitəsi ilə təqdim oluna bilər.

Vakansiya,
29.05.2019 13:07 262
Teqlər: İqtisadiyyat.Az, vakansiya,