Logo

"Bank of Baku" işçi axtarır - VAKANSİYA


"Bank of Baku" Rəqəmsal Marketinq Mütəxəssisi /aparıcı eksperti üzrə işçi axtarır.

Əsas vəzifə və öhdəliklər

- Bankın sosial şəbələrdəki səhifələrinin idarəedilməsini təmin etmək;
- Məhsul və xidmətlərin təşviqi üçün maraqlı kontentin hazırlanması və yerləşdirilməsi;
- Bankın rəqəmsal platformada fəaliyyətinin effektivliyinin təhlili və hesabatı;
- Müxtəlif onlayn kanallar vasitəsilə Bankın reklam fəaliyyətinin icrası;
- Korporativ və məhsul saytlarının mütəmadi olaraq yenilənməsi və ümumi nəzarətin təşkili;

Seçim meyarları

- Ali təhsil (biznes istiqamətli);
- Rəqəmsal marketinq üzrə 1 il və daha artıq iş təcrübəsi;
- Yaradıcı və analitik düşünmə qabiliyyəti;
-  Yüksək ünsiyyətqurma və yazı bacarığı;
- Əla Azərbaycan dili, rus dili və orta səviyyədə ingilis dili bacarığı;

İş şərtləri

-  İş yeri: Bank of Baku Baş Ofis
-  İş vaxtı: 5 iş günü, 09:00-18:00

Cv-zi hr@bankofbaku.com elektron ünvanına göndərə bilərsiniz. Mövzu yerində mütləq vakansiyanın adını qeyd edin.

Vakansiya,
22.05.2019 17:03 206
Teqlər: İqtisadiyyat.Az, vakansiya,