Logo

Azərbaycanda sadələşdirilmiş vergi üzrə dövlət büdcəsinə daxilolmalar 21% artıb


Ötən il Azərbaycanda sadələşdirilmiş vergi üzrə dövlət büdcəsinə 380 mln. manat proqnoza qarşı icra 448,1 mln. manat və ya 18% çox vəsait daxil olub ki, bu da 2017-ci illə müqayisədə 76,7 mln. manat və ya 20,7% çoxdur.

ONA-nın məlumatına görə, bu, "Azərbaycanın 2018-ci il dövlət büdcəsinin icrası barədə" qanun layihəsində əksini tapıb.

Artın sadələşdirilmiş vergi ödəyicilərinin vergitutma bazasının, o cümlədən mülkiyyətindəki torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki və hüquqi şəxslər tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə ödənilən sadələşdirilmiş verginin vergitutma bazasının genişlənməsi ilə bağlıdır. 

Sadələşdirilmiş vergi daxilolmaların 58,1%-i və ya 260,5 mln. manatı hüquqi şəxslər tərəfindən, 35,4%-i və ya 158,4 mln. manatı fiziki şəxslər tərəfindən, 6,5%-i və ya 29,2 mln. manatı pul vəsaitinin nağd qaydada çıxarılmasına görə ödənilən sadələşdirilmiş vergi məbləği təşkil edir.

Vergi,
22.05.2019 14:27 119
Teqlər: İqtisadiyyat.Az, vergi,