Logo

“İnvest-AZ İnvestisiya Şirkəti”nin səhmdarlarının pay bölgüsü dəyişib


“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin əsas səhmdarı Elşən Quliyev payını 60%-dən 74%-ə çatdırıb.

“Report” bu barədə maliyyə qurumuna istinadən xəbər verir.

Məlumata görə, əvəzində digər səhmdar Ceyhun Abdullayevin payı 40%-dən 26%-ə düşüb. Səhmdarların pay bölgüsünün dəyişməsi investisiya şirkətinin nizamnamə kapitalının 2 dəfə artırılaraq 800 min manatdan 1,6 milyon manata çatdırılmasından sonra baş verib.

Xatırladaq ki, “Invest-AZ” 2006-cı ildə yaradılıb.

Maliyyə,
22.05.2019 11:36 100
Teqlər: İqtisadiyyat, maliyyə, şirkət, investisiya, ölkə, bölgü, pay, faiz, səhmdar,