Logo

Azərbaycan Macarıstana qaz verəcək


Avropada Serbiya-Macarıstan interkonnektorunun tikintisi başa çatmaq üzrədir, qaz kəməri bu il Azərbaycandan Macarıstana mavi yanacaq idxal etməyə imkan verəcək.

“6 sentyabr 2021-ci ildə boru kəmərinin illik tutumuna dair hərrac keçirilib. Boru kəməri oktyabrın 1-də kommersiya istismarına veriləcək. Onun ötürmə qabiliyyəti ildə 8,5 milyard kubmetr təşkil edəcək”, - deyə Macarıstan qazötürmə operatoru - FGZS şirkətindən bildirilir.

Layihənin ümumi dəyərinin təxminən 65,7 milyon avro olduğu qeyd edilir. Vestnik Kavkaza

Sənaye,
15.09.2021 11:48 1301
Teqlər: