Logo

Yürüşlərlə əlaqədar bağlanan yollar AÇILDI


15 sentyabr 2021-ci il tarixində saat 09:00-da Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü münasibətilə hərbi orkestr və şəxsi heyətin şəhərin küçə və meydanlarında yürüşlər ilə əlaqədar olaraq bağlanan yollar açılıb. 

Bunu açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib. 

O bildirib ki, birinci marşrut Şəhidlər xiyabanı - Türk Şəhidləri abidəsinin önü - “İçərişəhər” metrosu - İqtisadiyyat Universitetinin binası - Qala Qapısı – “AzNeft” dairəsi - Bəhram Gur heykəlinə qədər, ikinci marşrut  S.Vurğun bağı - 28 may küçəsi - Bülbül prospekti - Neftçilər prospekti - Azadlıq meydanı istiqamətində olan yürüşlə əlaqədar bağlanan yollarda hərəkət tam bərpa olunub: 

“Bütün istiqamətlər üzrə nəqliyyat vasitələri sərbəst hərəkət edə bilər”.oxu.az

Nəqliyyat,
15.09.2021 11:30 1425
Teqlər: