Logo

Britaniya Azərbaycan iqtisadiyyatına 1 milyard dollara yaxın vəsait qoyub - SİYAHI


2021-ci ilin birinci yarısında Azərbaycan iqtisadiyyatına cəlb edilmiş birbaşa investisiyaların həcmi artıb.

Mərkəzi Bankdan əldə edilən məlumata əsasən, müvafiq dövr ərzində Azərbaycan iqtisadiyyatına xarici ölkələrdən 2 635 666 000 dollar investisiya yönləndirilib. Bu isə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 25,1 faiz çoxdur.

Ötən dövrdə ölkəmizə ən çox investisiya yatıran ölkə Birləşmiş Krallıq olub. Buradan Azərbaycana 891 673 000 dollar vəsait cəlb edilib. Vəsaitin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz artıb. İqtisadiyyatımıza ikinci ən çox dəstək olan ölkə isə Türkiyədir. Azərbaycana Türkiyədən 370 989 000 dollar sərmayə qoyulub ki, bu da illik müqayisədə 43,3 faiz çoxdur. Vəsaitin həcminə görə siyahıda növbəti ölkə - ABŞ-dır. Birləşmiş Ştatlardan Azərbaycana investisiya qoyuluşu 48,8 faiz artıb və 313 816 000 dollar olub.

İlin altı ayı ərzində Azərbaycana ən çox sərmayə qoyan 10 ölkə aşağıdakı kimi sıralanıb:

Birləşmiş Krallıq - 891 673 400 dollar (illik müqayisədə 15,2 faiz çox)

Türkiyə - 370 989 400 dollar (illik müqayisədə 43,3 faiz çox)

ABŞ - 313 816 100 dollar (illik müqayisədə 48,8 faiz çox)

Malayziya - 234 290 700 dollar (illik müqayisədə 1,7 dəfə çox)

Kipr - 168 170 600 dollar (illik müqayisədə 78,9 faiz çox)

İran - 150 960 600 dollar (illik müqayisədə 73,9 faiz çox)

Yaponiya - 144 006 500 dollar (illik müqayisədə 9,9 faiz az)

Norveç - 81 498 400 dollar (illik müqayisədə 10,5 faiz az)

Gürcüstan - 55 647 900 dollar (illik müqayisədə 5,5 dəfə çox)

Lüksemburq - 32 367 600 dollar (illik müqayisədə 36 dəfə çox)

Siyahıda adı qeyd edilən ölkələrlə yanaşı Rusiya, Niderland, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, Filippin, Latviya, İsveçrə, İspaniya, Almaniya, Sinqapur, Qazaxıstan, Danimarka, Koreya Respublikası, Fransa, Belçika, Çexiya Respublikası, Macarıstan və digər dövlətlər tərəfindən də Azərbaycana investisiyalar edilib.

Bank,
14.09.2021 15:11 1847
Teqlər: