Logo

Bakıda binaların üzərində reklam monitorları niyə sökülür? – RƏSMİ AÇIQLAMA / FOTO


Paytaxtda hündürmərtəbəli binaların üzərində yerləşdirilmiş reklam daşıyıcıları sökülür. Artıq bir neçə gündür 20 yanvar ərazisində, Yusif Səfərov, Nizami küçəsində (Tarqovı) və Bakının müxtəlif yerlərində şəhərin vizual görüntüsünü korlayan iri monitorların yerləri boş görünür.

Məlum vəziyyətlə bağlı Azərbaycan Dövlət Reklam Agentliyinin mətbuat katibi Hüseyn Azəri İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, reklam monitorlarının sökülməsi ilə bağlı adiyyəti üzrə araşdırma başlayıb və bitdikdən sonra bununla bağlı məlumat veriləcək.

Qeyd edək ki, hündürmərtəbəli binalarla yanaşı, körpülərin, metroların üzərində yerləşdirilmiş reklam daşıyıcılarının sökülüb-sökülməyəcəyi ilə bağlı dəqiq məlumat yoxdur. Çox güman ki, şəhərin estetik görüntüsünü korlayan bu tip reklamların da ləğvi istisna olunmayacaq.

İKT,
14.09.2021 16:50 5049
Teqlər: