Logo

Bu ölkədə işığın qiyməti 7 dəfə artıb


Böyük Britaniyada elektrik enerjisinin qiyməti avqustun əvvəlindən bəri üç dəfə artaraq rekord həddə çatıb. Bu da öz növbəsində illik ifadədə qiymətləri təxminən yeddi dəfə yüksəlməsi deməkdir.

Bu barədə “Wall Street Journal”ıxəbər verir.

Qəzet, ICIS analitik şirkətinin 8 sentyabr tarixində ölkədə bir meqavat-saatın qiymətinin 331,66 avro (1999-cu ildən bəri rekord) olduğunu göstərən məlumatlara istinad edir.

Almaniyada elektrik enerjisinin dəyəri avqust ayında bir meqavat-saat üçün 129.75 avroya çatıb ki, bu da bir ay əvvəlkindən 30% çoxdur.

Dünya,
14.09.2021 09:14 365
Teqlər: