Logo

"Bakı Metropoliteni" TENDER elan edir


"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti tender elan edir.

  • lot 1 - Bakı Metropoliteni QSC-nin "N.Nərimanov" elektrik deposu ərazisində 23-24-25-26-27-28-29-30-cu qanovlarda və yeni tikilən Emalatxanalar binasında döşəməsinin epoksid döşəmə örtüyü ilə rənglənməsi işlərinin satın alınması

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, M.Rəfili küçəsi 16, ünvanına İcraya Nəzarət, kargüzarlıq və Təsərrüfat İşləri şöbəsinə (Əlaqələndirici şəxs : ƏLİXAN OSMANOV QƏDİR OĞLU , telefon : 490-00-91) ünvanından ala bilərlər.

İştirak haqqı:

  • lot 1 - 250 AZN

Bank rekvizitləri:

  • Hesab: AZ98AZRT38050019440010268002
  • VÖEN: 9900006111
  • Bank: "AZƏR TÜRK BANK" ASC Mərkəzi filialı
  • Kodu: 501361
  • M/H: AZ02NABZ01350100000000022944
  • S.W.İ.F.T: AZRTAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • 1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  • 2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  • 3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 40 bank günü qüvvədə olmalıdır);
  • 4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 70 bankgünü qüvvədə olmalıdır);
  • 5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
  • 6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  • 7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  • 8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  • 9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 01.07.2019 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 09.07.2019 17:00 qədər Bakı şəhəri, M.Rəfili küçəsi 16, ünvanına İcraya Nəzarət, kargüzarlıq və Təsərrüfat İşləri şöbəsinə ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 10.07.2019 15:00tarixində Bakı ş M.Rəfili 16 ünvanında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender,
21.05.2019 13:38 190
Teqlər: İqtisadiyyat.Az, tender,