Logo

Havanın temperaturu yüksələcək


Avqustun 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi 3-8 m/s, gündüz cənub küləyi 3-8 m/s olacaq.

Havanın temperaturu gecə 23-26°, gündüz 34-39°, Bakıda gecə 23-25°, gündüz 37-39° isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 faiz, gündüz 35-40 faiz olacaq.

Abşeron çimərliklərində şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26°, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 4-də Abşeron yarımadasında isti hava şəraiti fonunda zəif küləklərin üstünlüyü və günün bəzi saatlarında havada yaranan durğunluq meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26°, gündüz 35-39°, bəzi yerlərdə 41°, dağlarda gecə 13-18°, gündüz 22-27° isti olacaq.

Ekologiya,
03.08.2021 13:47 537
Teqlər: