Logo

Qarabağ Dirçəliş Fondu vətəndaşları Qarabağın ekologiyasının bərpası üçün ianə etməyə çağırıb


Qarabağ Dirçəliş Fondu Qarabağın ekologiyasının bərpası prosesini dəstəkləmək üçün vətəndaşları Qarabağ Dirçəliş Fonduna ianə etməyə çağırıb.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib ki, indi hər bir vətəndaşın Qarabağın ekologiyasının bərpası prosesini dəstəkləmək imkanı var.

"Bunun üçün Qarabağ Dirçəliş Fonduna ianə etmək kifayətdir. Fondumuz Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sıx əməkdaşlıq edərək doğma Qarabağımızda pozulmuş ekoloji tarazlığın bərpasına fəal dəstək verəcək.

Siz də bu vacib prosesin bir hissəsi ola bilərsiniz. Bu linkə daxil olmaqla ianə edə bilərsiniz: https://qdf.gov.az/iane-et/

Erməni işğalçılarının Qarabağın ekologiyasına vurduğu ziyanla bağlı məqalələrlə aşağıdakı linklərdə (üç dildə) tanış ola bilərsiniz:

AZ: https://story.karabakh.center/az/qarabagda-ekosid

RUS: https://story.karabakh.center/ru/ekotsid-v-karabakhe

ENG: https://story.karabakh.center/en/ecocide-in-karabakh", - o vurğulayıb.

QARABAĞ,
02.08.2021 16:42 600
Teqlər: