Logo

İspaniya Türkiyəyə təyyarələr göndərir


İspaniya meşə yanğınlarının söndürülməsinə kömək etmək üçün Türkiyəyə üç təyyarə göndərir.

“RİA Novosti”nin məlumatına görə, bu barədə İspaniyanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilir ki, bazar ertəsi günü bir nəqliyyat təyyarəsi, çərşənbə axşamı səhər isə iki amfibiya təyyarə Türkiyənin Dalaman şəhərinə (Muğla vilayəti) göndəriləcək.

Türkiyəyə həmçinin 27 hərbçi - 22 ekipaj üzvü və fövqəladə hallar üçün beş mütəxəssis yollanacaq.

“İspaniya hökuməti bu dəstəyi ilə dəhşətli fəlakətin qurbanları, Türkiyə və yanğının yayılması ilə mübarizə aparan mütəxəssislərlə həmrəyliyini ifadə etmək istəyir”, - deyə İspaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Dünya,
02.08.2021 16:12 1763
Teqlər: