Logo

Bakının bəzi küçələrində sıxlıq var


Bakının əsas küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq var.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, Bakı - Sumqayıt şosesi (Xırdalan dairəsinin tam yanından başlayaraq, bütün şose boyunca, 20 Yanvar dairəsi istiqamətində çox güclü sıxlıq müşahidə olunur).

Belə ki, Qara Qarayev prospekti, əsas yol və köməkçi yol - Neftçilər metro stansiyasından başlayaraq, Koroğlu metro stansiyası istiqamətində, Yavər Əliyev küçəsi - (Aeroport şosesinə çıxan yol), Zabrat şosesi - (Zabrat dairəsi istiqamətindən, əsasən Sabunçu Rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində), Mikayıl Əliyev küçəsi - (Heydər Əliyev prospekti – Köməkçi yol istiqamətində), Binəqədi şosesi - (Əsasən,Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində) sıxlıq müşahidə edilir.

Avto,
02.08.2021 09:35 1194
Teqlər: