Logo

Türkiyədəki meşə yanğınlarının səbəbkarları məlum oldu


Türkiyədə terrorçu təşkilat kimi tanınan “Atəşin uşaqları” ölkə meşələrində baş verən yanğınlara görə məsuliyyəti öz üzərinə götürüb.

Bu barədə “Yeni şəfəq” qəzeti məlumat yayıb.

Məlumata görə, müvafiq bəyanat PKK terror təşkilatının sosial media hesablarında yer alıb.

Bəyanatda bildirilib ki, təşkilat üzvlərini bu addımları atmağa ölkə hökumətinin “başqa dildən anlamaması” vadar edib.

Türkiyə rəsmiləri yayılan xəbərləri hələ ki, şərh etməyiblər.

Dünya,
01.08.2021 23:41 3071
Teqlər: