Logo

“Samsung” yeni cihazlarının təqdim edəcəyi vaxtı açıqlayıb


“Samsung” şirkəti ən yeni elektronikasının təqdim olunduğu ənənəvi “Samsung Unpacked”ın rəsmi tarixini açıqlayıb.

Bu il tədbir 11 avqust tarixində baş tutacaq. İştirakçılara göndərilən dəvətnamənin mətni “Galaxy Z Fold 3” və “Galaxy Z Flip 3” qatlanan smartfonlarının göstəriləcəyinə işarə edir.

Eyni zamanda şirkətin “Galaxy Watch 4” smart saatları təqdim edəcəyi gözlənilir.

Yeni cihazların qiyməti barədə məlumat verilmir.

İKT,
21.07.2021 14:38 1003
Teqlər: