Logo

Bakı-Antalya reysi təxirə salındı


“Azərbaycan Hava Yolları” QSC aviaşirkətinin Bakı-Antalya istiqamətində reys yerinə yetirməyə hazırlaşan “Airbus A320” təyyarəsi texniki səbəbdən dayanacağa qayıdıb.

Bu barədə AZAL məlumat yayıb.

Bildirilib ki, hava gəmisinin kapitanı təyyarənin sol mühərrikində titrəyiş olduğunu müəyyən etdikdən sonra havaya qalxmamaq barədə qərar qəbul edib. Sonradan aparılan baxış nəticəsində mühərrikə quş düşdüyü aşkar edilib.

Təyyarədə olan 142 sərnişin aviaşirkətin digər təyyarəsi ilə Antalyaya uçacaq.

Turizm,
12.06.2021 10:40 1108
Teqlər: