Logo

Bank BTB-nin İdarə Heyətində yeni təyinat


Kamran Vaqif oğlu Quliyev Bank BTB İdarə Heyətinin üzvü və İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

2007-ci ildə bank sektorunda fəaliyyətə başlayan Kamran Quliyev 14 illik iş təcrübəsində müxtəlif vəzifələrində çalışmış, Bank BTB-nin “Sənaye” filialının müdir müavini vəzifəsindən Bank BTB-nin Baş direktoru vəzifəsinə qədər yüksəlmişdir.

Beləliklə, yeni təyinatla Bank BTB-nin İdarə Heyətinin tərkibi 5 nəfərə çatmışdır.

Məlumat üçün bildirək ki, Bank BTB 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətlərini göstərir.

Bank,
10.06.2021 11:40 639
Teqlər: