Logo

2022-ci ildə Azərbaycan neft hasilatını artıracaq - PROQNOZ


Azərbaycanın 2021-ci il üzrə neft və kondensat hasilatı ilə bağlı proqnoz azaldılıb.

ABŞ-ın Energetika Nazirliyi yanında Enerji İnformasiya Agentliyindən əldə edilən məlumata əsasən, iyun ayının proqnozuna görə 2021-ci ildə Azərbaycanda neft və kondensat hasilatının gündəlik orta həcmi 730 min barel olacaq.

Halbuki, agentliyin may ayında Azərbaycanda neft və kondensat hasilatı ilə bağlı proqnozu 740 min barel idi. Buna baxmayaraq, 2020-ci ilin neft və kondensat hasilatının gündəlik orta həcmi ilə müqayisədə proqnoz 30 min barel və ya 4,2 faiz çoxdur.

ABŞ-ın Enerji İnformasiya Agentliyi 2022-ci ildə Azərbaycanda neft və kondensat hasilatının gündəlik orta həcminin 780 min barel olacağını proqnozlaşdırır. 

2022-ci ilin gündəlik neft və kondensat hasilatının orta həcmi 2021-ci ilin proqnozu ilə müqayisədə 50 min barel və ya 6,8 faiz daha çoxdur.

Sənaye,
09.06.2021 13:54 802
Teqlər: