Logo

BMT İsrail və Fələstinə görə təcili toplanır


BMT Təhlükəsizlik Şurası Fələstin-İsrail münaqişəsi ilə bağlı təcili iclas keçirəcək.

TASS agentliyi xəbər verir ki, bu barədə təhlükəsizlik şurasındakı mənbə məlumat yayıb.

Bildirilir ki, məsləhətləşmələr bu gün saat 09:00-a (Bakı vaxtı ilə 17:00-da) təyin olunub.

Xatırladaq ki, bazar ertəsi günü edilən məsləhətləşmələrdə BMT Təhlükəsizlik Şurası, Şərqi Qüdsdəki vəziyyətlə əlaqədar heç bir açıqlama təqdim etməyib.

Dünya,
12.05.2021 09:43 1149
Teqlər: