Logo

Ölkədə 8 və 16 may tarixlərində ictimai nəqliyyat fəaliyyət göstərəcək? - AÇIQLAMA


Bakı Nəqliyyat Agentliyi 8 və 16 may tarixlərində avtobusların fəaliyyət göstərib-göstərməyəcəyinə aydınlıq gətirib. 

İqtisadiyyat.az bildirir ki, BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayevin verdiyi xəbərə görə, Nazirlər Kabinetinin 19 aprel tarixli qərarına əsasən, 8 və 16 may rəsmi iş günləri hesab edilir. 

Rəsmi iş günləri sayıldığına görə həmin tarixlərdə ictimai nəqliyyat fəaliyyət göstərəcək. 

Qeyd edək ki, mayın 9-u saat 00.00-dan mayın 16-sı saat 06.00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.

Sosium,
04.05.2021 12:01 1219
Teqlər: