Logo

Bill Qeyts və “eBay”ın keçmiş rəhbəri $28 mln. sərmayə qoydular


Bərpa olunan mənbələrdən geotermal enerji istehsal edən “Favo Energy” şirkəti Bill Qeytsin “Breakthrough Energy Ventures” fondu və “eBay”ın keçmiş rəhbəri Ceff Skola məxsus olan “Capricorn Investment Group” şirkətindən 28 milyon dollar investisiya cəlb edib.

“TechCrunch”a görə, geotermal enerjinin qiyməti 65-75 dollar arasında dəyişir. Müqayisə üçün günəş enerjisi stansiyalarında qiymət 35-55 dollar təşkil edir. Qiymətə baxmayaraq, kommunal şirkətlər geotermal enerjiyə üstünlük verir – o daha sabitdir, proqnozlaşdırıla biləndir və fasiləsiz olaraq verilə bilər.

Dünyada geotermal enerji istehsalı ilə məşğul olan digər startaplar da var. Məsələn, “Eavor”, “GreenFire” və “Sage Geosystems”, lakin “Fervo Eenergy” fərqli istehsal metodlarından istifadə edir. İnvestorlar onu geotermal enerji sahəsindəki yeni dalğanın lideri adlandırır.

Qeyd edək ki, geotermal enerjiyə tələb keçən il artıb. 2016-cı ildən 2019-cu ilədək bu sahədə ABŞ-da yalnız bir, 2020-ci ildə isə artıq on böyük müqavilə imzalanıb.Banker

Marketinq,
03.05.2021 15:00 1018
Teqlər: