Logo

Torpaqdan axtarış və kəşfiyyat işləri üçün istifadəyə dair tələblər dəyişir


Axtarış və kəşfiyyat işləri üçün torpaq sahəsindən istifadəyə dair tələblərə dəyişiklik edilir.

Bu, Torpaq Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, yerquruluşu və kadastr işləri istisna olmaqla, torpaqlarda geoloji, axtarış və kəşfiyyat, neft və qaz kəşfiyyat-qazma işlərinin aparılmasına icazə “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq veriləcək.

Qüvvədə olan Məcəlləyə əsasən, icazəni müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə həmin işlərin aparılması üçün layihə sənədlərində nəzərdə tutulan müddətə verirlər.

Biznes,
03.05.2021 14:55 1084
Teqlər: