Logo

Dövlət büdcəsinə 5 milyarddan çox vəsait daxil olub


2021-ci ilin birinci rübündə Azərbaycan Respublikası dövlət büdcəsinin icrasına dair məlumat verilib.

Maliyyə Nazirliyindən verilən məlumata əsasən, birinci rüb üzrə dövlət büdcəsinin mədaxili 5 milyard 736,4 milyon manat olub.

Büdcə mədaxili rüblük proqnoza qarşı 23,5 milyon manat, 0,4 faiz çox icra olunub.

Büdcə xərcləri isə 5 milyard 523,7 milyon manat olub. Bununla da 212,7 milyon manat məbləğində dövlət büdcəsinin profisiti yaranıb.

Büdcə xərcləri 5 milyard 414,8 milyon manat proqnoza qarşı 102 faiz icra edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 269,1 milyon manat və ya 5,1 faiz çoxdur.

2021-ci ilin birinci rübündə icmal büdcənin gəlirləri 6 milyard 968,8 milyon manat təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 458,6 milyon manat və ya 26,5 faiz çoxdur.

İcmal büdcənin xərcləri isə 5 milyard 921,3 milyon manat icra olunub. Bu isə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 204,4 milyon manat və ya 3,6 faiz çoxdur.

İcmal büdcədə 1 milyard 47,5 milyon manat profisit yaranıb.

Maliyyə,
21.04.2021 11:23 1040
Teqlər: