Logo

Bu ölkədə avtomobillər kəskin UCUZLAŞDI


Norveç dünyada elektromobillərin satışı və istifadəsi üzrə liderə çevrilib.

Martda ölkədə satılan benzin və dizel avtomobillərinin sayı 10%-dən də aşğı düşüb – 9,4%. Dekabrda isə bu rəqəm ümumiyyətlə 7,5% idi.

Martda ölkədə satılan avtomobillərin 56,3%-i və 28,6%-i elektromobillər və hibrid avtomobillərin payına düşüb. Daha 5,6% isə şəbəkədən doldurulmayan maşınlar olub. Benzin və dizel avtomobillər isə 4,7% və 4,8% təşkil edib.

Norveçdə ən çox satılan elektromobillər Tesla Model 3 (2565 ədəd) Audi e-tron (1976 ədəd), Nissan Leaf (1691 ədəd), Volvo XC40 (1393 ədəd), Hyundai Kona EV (1303 ədəd), Polestar 2 (1261 ədəd), Peugeot E-2008 (1238 ədəd), Mercedes-Benz EQC (1227 ədəd), Kia Niro (897 ədəd) və yenicə bazara daxil olan Volkswagen ID.4 (889 ədəd) olub.

2019-cu ildə Norveçdə satılan avtomobillərin 56%-i hibrid və elektromobil idisə, 2020-ci ildə bu rəqəm 75%-ə yüksəlib. Hökumət elan edib ki, artıq 2025-ci ildə bu ölkədə benzin-dizel avtomobilləri satılmayacaq. FED

Avto,
12.04.2021 12:27 1363
Teqlər: