Logo

Mərkəzi Bankdan işğal altında olmuş ərazilərində qanunsuz maliyyə-bank əməliyyatları ilə bağlı AÇIQLAMA


İşğal altında olmuş ərazilərində qanunsuz maliyyə-bank əməliyyatlarının aparılmasına qarşı mübarizə tədbirləri diqqət mərkəzində saxlanılıb.

Azərbaycan Respublikasının Mərkəzi Bankından verilən məlumatda bildirilir ki, bununla bağlı müxtəlif vaxtlarda aşkar olunmuş faktlara qarşı ciddi tədbirlər görülüb, həmin əməliyyatların dərhal dayandırılması məqsədilə müvafiq addımlar atılıb.

“Son zamanlar sosial şəbəkələrdə 44 günlük şanlı Vətən müharibəsindən öncə Azərbaycan Respublikasının işğal altında olan ərazilərində qanunsuz olaraq fəaliyyət göstərən “Moneygram” pul köçürmə sistemi ilə ödənişlərin həyata keçirilməsi faktları barədə məlumatlar yayılmaqdadır.

Mərkəzi Bank bununla əlaqədar olaraq məlumat verir ki, həqiqətən də “Moneygram” pul köçürmə sistemi ayrı-ayrı dövrlərdə Azərbaycan Respublikasının işğal altında olan ərazilərində qanunsuz olaraq fəaliyyət göstərib və bu fakt aşkar olunduğu andan etibarən milli qanunvericiliyə və beynəlxalq prinsiplərə müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində onun fəaliyyətinin dayandırılması istiqamətində adekvat tədbirlər həyata keçirilib. Nəticədə, 2008-ci ildən etibarən “Moneygram” pul köçürmə sisteminin Azərbaycan Respublikasının ərazisində fəaliyyətinin qarşısı alınmış və bu gün heç bir bank sözügedən pul köçürmə sistemi ilə işgüzar münasibətdə deyildir”.

Qeyd edilib ki, Mərkəzi Bank ölkə ərazisində maliyyə vasitəçiliyinin milli qanunvericilik çərçivəsində təmin olunması məqsədilə davamlı olaraq pul köçürmə sistemlərinin monitorinqini həyata keçirib və müvafiq tələblərə riayət etməyən qurumların (“Unistream”, “MİGOM”, “LEADER”, “Bıstraya Poçta”, “İnterexpress”, “RİA Money Transfer”, “İntelexpress”, “Sigue Money Transfer”) fəaliyyətinə qadağa qoyulub.

Bank,
07.04.2021 15:42 263
Teqlər: