Logo

“Suzuki” şirkətinin rəhbəri 63 il işlədikdən sonra vəzifəsindən ayrılır


“Suzuki Motor Corporation”ın Direktorlar Şurasının sədri Osamu Sudzuki iyun ayında səhmdarların toplantısından sonra 91 yaşında vəzifəsindən ayrılacaq.

Bu barədə Yaponiyanın “Kyodo” agentliyi şirkətin press-relizinə istinadən məlumat verib.

Yaponiyalı biznesmen şirkətdə baş məsləhətçi olaraq fəaliyyətini davam etdirəcək.

Avto,
26.02.2021 15:08 1151
Teqlər: