Logo

Pambıq əkiləcək sahələrdə qış aratına başlanılıb


Neftçalada pambıq əkininə hazırlıqla əlaqədar qış aratına başlanılıb. Pambıqçılığın inkişafını diqqət mərkəzində saxlayan fermerlər bu işə xüsusi önəm verirlər.

Qısa müddətdə rayonda 218 hektar sahədə qış aratı aparılıb. Təcrübəli fermer, Boyat kənd sakini Əlişirin Hacıyev bu il 50 hektar sahədə pambıq əkmək üçün şum qaldırıb. Pambıqçı artıq 30 hektara yaxın sahədə qış aratı aparıb. “İndiki vaxtda qış aratının aparılması torpağı qüvvətləndirməklə yanaşı, həm də ziyanvericilərin sürfələrinin məhv edilməsində ən yaxşı üsuldur. Qış aratı başa çatdıqdan sonra torpaqda səpinqabağı nəmlik yaratmaq məqsədi ilə yaz aratı da aparılacaq. Bundan sonra isə çiyid səpininə başlanılacaq”, - deyə fermer bildirib.

Qeyd edək ki, bu il rayonda məhsul istehsalçıları ilə müqavilə bağlanılaraq, 6 min 118 hektar sahədə şum aparılıb.

Aqrar,
23.02.2021 15:21 411
Teqlər: