Gürcüstanın yeni Baş naziri və hökuməti təsdiq olundu
Gürcüstan parlamenti İrakli Qaribaşvilinin rəhbərlik etdiyi yeni hökumətə etimadını bildirib.
Səsvermə 89 - lehinə, iki - əleyhinə olmaqla başa çatıb.
Qeyd edək ki, Qaribaşvili hökumətinə cəmi iki yeni nazir - müdafiə naziri Cuanşer Burçuladze, eləcə də regional inkişaf və infrastruktur naziri İrakli Karseladze daxil olub.
Səsvermə qanunverici orqanın veb saytında canlı olaraq yayımlanıb.
Dünya,
23.02.2021 11:36
843
Teqlər: