Logo

Komitə sədri: 60 min iş yeri açılacaq


Azərbaycanda 2021-ci ildə 60 min sosial iş yeri açılacaq.

“Milli Məclis” jurnalında verilən məlumata görə, bunu parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

Deputat qeyd edib ki, həmin iş yerləri ilkin olaraq sosial müdafiəyə daha çox ehtiyacı olan şəxslərə təqdim ediləcək.

“Heç şübhəsiz ki, dövlətin sosial müdafiə tədbirləri davamlı və daha əhatəli olacaq, daha da genişlənəcək, onların maddi, sosial, tibbi, psixoloji problemlərinin kompleks həlli üçün effektiv tədbirlər görüləcək”, - deyə M.Quliyev əlavə edib.

Sosium,
20.02.2021 15:51 1498
Teqlər: