Logo

Magistraturaya sənəd qəbulu başa çatdı


2021/2022-ci tədris ilində ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu başa çatıb.

19 764 nəfər ərizəsini təsdiq edib. Onlardan 18 026 nəfəri Azərbaycan, 1 738 nəfər isə rus bölməsinə sənəd verib.

Xatırladaq ki, magistraturaya sənəd qəbulunun vaxtı bu gün səhər saat 10.00-a qədər uzadılmışdı.

Təhsil,
19.02.2021 11:09 1001
Teqlər: