Logo

Ölkədəki məşğul və işsiz əhalinin sayı açıqlandı FOTO


2021-ci il yanvarın 1-i vəziyyətinə olan ilkin məlumatlara əsasən, ölkədə iqtisadi fəal əhalinin, yəni məşğul və işsiz əhalinin ümumi sayı 5 milyon 253,4 min nəfər olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, ötən il iqtisadi fəal əhalinin sayı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artıb.

İqtisadi fəal əhalinin 4 milyon 877,3 min nəfərini məşğul əhali, yəni qanunvericiliyə zidd olmayan və qazanc gətirən hər hansı fəaliyyətlə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları və ya ölkədə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər, həmçinin əcnəbilər təşkil edib ki, onların sayı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz azalıb.

Əlavə olaraq bildirilib ki, 2021-ci il yanvarın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 1 milyon 691,8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 910,8 min nəfər, qeyri-dövlət sektorunda isə 781 min nəfər təşkil edib.

İqtisadiyyatın neft-qaz sektorunda 33,8 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 658 min nəfər çalışıb.

Sosium,
18.02.2021 11:47 1352
Teqlər: